Bakı. 7 mart. REPORT.AZ/ Qətər Dövlətinin əmiri Əlahəzrət şeyx Təmim bin Həməd əl-Tani martın 7-də Azərbaycana rəsmi səfərə gəlib.
"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda əmirin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Əmir Əlahəzrət şeyx Təmim bin Həməd əl-Tanini Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

