Qərbi Azərbaycan vilayətinin ostandarı Azərbaycanın Təbrizdəki baş konsulluğuna başsağlığı məktubu göndərib

Qərbi Azərbaycan vilayətinin ostandarı Azərbaycanın Təbrizdəki baş konsulluğuna başsağlığı məktubu göndərib "Heydər Əliyev İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında yaxşı münasibətlərin qurulmasının banisi olub"
Xarici siyasət
12 Dekabr , 2014 17:34
Qərbi Azərbaycan vilayətinin ostandarı Azərbaycanın Təbrizdəki baş konsulluğuna başsağlığı məktubu göndərib

Bakı. 12 dekabr. REPORT.AZ/ İranın Qərbi Azərbaycan vilayətinin ostandarı Qurbanəli Səadət ulu öndər Heydər Əliyevin vəfat etməsinin ildönümü ilə əlaqədar Azərbaycanın Təbrizdəki baş konsulluğuna başsağlığı məktubu göndərib.

Azərbaycanın Təbrizdəki baş konsulluğundan "Report"a verilən məlumata görə, ostandar məktubunda Heydər Əliyev böyük bir şəxsiyyət və tanınmış bir siyasətçi kimi öz müdrik səyləri ilə ölkəsini təhlükələrdən qoruyub, əhaliyə müstəqillik və yaxşı həyat bəxş etdiyini bildirib.

Q.Səadət həmçinin bildirib ki, Heydər Əliyev İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında yaxşı münasibətlərin qurulmasının banisi olub.

"Şübhəsiz ki, bu böyük şəxsiyyət ilə yaxından tanış olub, yaxın münasibətə malik olmağım mənim üçün unudulmaz xatirələri yada salır. Bu təəssüfverici hadisənin ildönümü ilə əlaqədar Sizə və Azərbaycan Respublikasının dost və müsəlman əhalisinə başsağlığı diləyirəm", - ostandarın məktubunda deyilir.

Son xəbərlər

Orphus sistemi