Yuxarı
    Bağlamaq

    Qərbi Azərbaycan vilayətinin nümayəndə heyəti Naxçıvanın idman imkanları ilə tanış olub

    Naxçıvan gənclər və idman naziri qarşılıqlı yarışların keçirilməsini təklif edib

    Bakı. 14 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov İranın Qərbi Azərbaycan Vilayətinin İdman və Gənclər Baş İdarəsinin baş direktoru Abdullah Çəməngüllə görüşüb.

    İranın Naxçıvandakı baş konsulluqdan "Report"a verilən məlumata görə, görüşdə idman və gənclər sahəsində əməkdaşlığın inkişafına dair müzakirə aparılıb.

    A.Çəməngülü Naxçıvanla Qərbi Azərbaycan vilayəti arasında olan idman və mədəniyyət münasibətlərinə və bu münasibətlərin dostluq əlaqələrinin inkişafındakı müsbət roluna toxunaraq, Qərbi Azərbaycan vilayətinin idman imkanları barədə məlumat verib, idman və gənclərlə iş sahəsində bütün növ əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb və qarşılıqlı idman təlim məşq toplantılarının təşkil olunmasını təklif edib.

    A.Çəməngülü A.Cabbarovu Qərbi Azərbaycan vilayətin idman və gənclər mərkəzləri ilə tanış olmaq üçün vilayətə rəsmi səfərə dəvət edib.

    A.Cabbarov Naxçıvan və İran idman komandalarının Naxçıvan və Qərbi Azərbaycanın şəhərlərində keçirilən idman yarışlarında qarşılıqlı iştiraklarına toxunaraq, əməkdaşlığın inkişafını uğurlu hesab edib, qarşılıqlı idman təcrübələrinin bölüşməsini təklif edib.

    Qərbi Azərbaycan vilayətinin nümayəndə heyəti səfər zamanı Naxçıvan şəhərinin idman imkanları ilə tanış olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi