"Qərbdə, Rusiyada Ermənistanın xəyanətkarlığı ənənəyə çevirdiyini yaxşı bilirlər"

"Qərbdə, Rusiyada Ermənistanın xəyanətkarlığı ənənəyə çevirdiyini yaxşı bilirlər" “Dünya ictimaiyyəti bir daha Ermənistanın ikiüzlülüyünün¸erməni idarəçilərin xəyanətkarlığının, öz ağalarını rahatlıqla satmağının şahidi olur. Bədnam qonşularımza xas bu xüsusiyyətlər bu dəfə də Rusiya-Ukrayna gərginliyi fonunda nümayiş etdirilir”.
Xarici siyasət
26 Mart , 2022 16:58
Qərbdə, Rusiyada Ermənistanın xəyanətkarlığı ənənəyə çevirdiyini yaxşı bilirlər

“Dünya ictimaiyyəti bir daha Ermənistanın ikiüzlülüyünün¸erməni idarəçilərin xəyanətkarlığının, öz ağalarını rahatlıqla satmağının şahidi olur. Bədnam qonşularımza xas bu xüsusiyyətlər bu dəfə də Rusiya-Ukrayna gərginliyi fonunda nümayiş etdirilir”.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Gürcüstanın xarici işlər naziri David Zalkalianiyə zəngi zamanı sərgilənən mövqe bunu deməyə əsas verir: “Biz burada bir daha Ermənistan rəhbərliyinin satqınlığı və riyakarlığının şahidi oluruq. Görünən odur ki, dünənə qədər Ruisyanın buyruq qulu olan, hətta Qazaxıstan olaylarında belə özünü Rusiyaya ən yaxın, ən isti müttəfiq kimi qələmə verməyə çalışan Ermənistan bu gün tamamilə başqa havalar eşqindədir. Yəni Ermənistan rəhbərliyi Gürcüstanla yaxınlaşma nümayiş etdirərək guya Rusiyanın təsiri altında olmadığını və Qərbə meyil etdiyini göstərməyə çalışır”.

Deputat bildirib ki, bura son vaxtlar Ermənistanın guya NATO-ya meyillənməsi əhval-ruhiyyəsinin yaradılmasına edilən cəhdləri də əlavə etmək olar: “Halbuki NATO rəhbərliyi kimin kim olduğunu, kimin səmimi, kimin isə hiyləgər və müttəfiqinə qarşı xəyanət edən olduğunu yaxşı bilir. Xatırlatmaq istəyirəm ki, ötən ilin dekabrında "Şərq Tərəfdaşlığı" sammitində Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərləri NATO-ya dəvət olunmuşdular. Prezident Əliyev dəvəti qəbul etdi. NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşdü və qurumun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış etdi. NATO-nun 30 üzv dövlətinin 20-dən artıq daimi nümayəndəsi, yəni NATO yanında səfirləri çıxış edərək Azərbaycanın rolunu və yürütdüyü siyasətini, Əfqanıstan əməliyyatında iştirakını yüksək qiymətləndirdilər. Gürcüstan rəhbərliyi də NATO-ya səfər etdi və müvafiq görüşlər keçirdi. Ancaq həmin vaxt Rusiyanın qorxusundan vassal və müstəmləkə dövlətin rəhbəri olan Nikol Paşinyan NATO-ya səfər etməkdən boyun qaçırdı. Çünki o vaxt Rusiya güclü idi və Ermənistan rəhbərliyi Moskvanın kölgəsinə sığınmağı özləri üçün xoşbəxtlik sayırdı. İndi isə Rusiyanın zəiflədiyini görən Nikol Paşinyanın özünü və təmsil etdiyi dövləti guya Qərbpərəst, NATO sevdalısı göstərməsi, əslində, batmaqda olan gəmini tez tərk edən siçovullara bənzəyir”.

“Əslində, Ermənistanın daima ikili oyun oynadığını, xəyanətkarlığı ənənəyə çevirdiyini Qərbdə də, Rusiyada da yaxşı bilirlər. Sadəcə olaraq, son olay bədnam qonşularımızın bu xislətlərindən heç zaman əl çəkməyəcəklərinin növbəti sübutu oldu”, - V.İskəndərov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi