Qəbələdə keçirilən X Ali Səviyyəli Toplantı öz işini yekunlaşdırıb - FOTO

Qəbələdə keçirilən X Ali Səviyyəli Toplantı öz işini yekunlaşdırıb - FOTO Bununla da X Yüksək Səviyyəli Toplantı öz işini yekunlaşdırıb
Xarici siyasət
10 Dekabr , 2016 19:06
Qəbələdə keçirilən X Ali Səviyyəli Toplantı öz işini yekunlaşdırıb - FOTO

Bakı. 10 dekabr. REPORT.AZ/ Dekabrın 9-da işinə başlayan X Ali səviyyəli toplantı öz işini panel iclaslarla davam etdirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, “Terrorizm və müasir dövrün qlobal çağırışları” mövzusuna həsr edilmiş panel iclası Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM həmsədri İsmayıl Səragəldinin moderatorluğu ilə baş tutub. 

İclasda Polşanın sabiq prezidenti Aleksandr Kvasnievski, Albaniyanın sabiq Prezidenti Rexep Meydani, Kəşmir Universitetinin İslam Tədqiqatları Şöbəsinin direktoru Əhməd Nəsim Şah, çıxış ediblər.

Terrorizm anlayışına toxunan İsmayıl Səragəldin bildirib ki, hər ölkə bu məsələylə fərdi qaydada məşğul olmalıdır. İ.Səragəldin Latın Amerikasında transmilli cinayət, zorakı ekstremizm və digər məsələlələrə də toxunub.

Polşanın sabiq prezidenti Aleksandr Kvasnievski dünyadakı qlobal çağırışlara diqqət yetirməyin zəruriliyini vurğulayıb. “Qloballaşma ilə bağlı fikir müxtəliflikləri mövcuddur. Tenoloji təkamülün qarşısını almaq qeyri-mümkündür. Bu gün bəzi dalğalar var ki, qloballaşmaya qarşı mübarizə aparılır. Lakin, biz texnoloji inqilabı dayandıra bilmərik”- deyə sabiq prezident vurğulayıb".

Kəşmir Universitetinin İslam Tədqiqatları Şöbəsinin direktoru Əhməd Nəsim Şah müxtəlif cəmiyyətlər arasında tolerant mühitin qurulması üçün ilk növbədə dialoqa ehtiyac duyulduğunu bildirib. Müsəlmanların elmdə, incəsənətdə, texnoloji elmlərdə tarixən qazandıqları nailiyyətlərdən söhbət açıb, demokratiya, konfliktlərin həlli üçün müsəlmanlara göstərilən radikallıqdan imtina edilməsinin vacibliyini diqqətə çatdırıb.

Albaniyanın sabiq Prezidenti Rexep Meydani çıxışında iqlim dəyişikliyi, içməli su çatışmazlığı, təbii ehtiyatların tükənməsi və demoqrafik partlayışın insanlara təsirindən danışıb. Eyni zamanda enerji problemi, qadınların statusu kimi məsələlərə də toxunub.

Daha sonra terrorizmlə mübarizə, hüquqların təsisatına həsr olunan panel iclası keçirilib.

İclasın moderatoru, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdzija bildirib ki, texnologiyadan indi tarixin istənilən dövründən daha çox istifadə olunur. Eyni zamanda bu gun insanlar bir-birini daha çox öldürür, nəinki əvvəllər. Terror nəticəsində iqtisadiyyat kütləvi şəkildə dağılır. Qaçqınların və miqrantların da yaranmasına məhz terrorizm səbəb olur. İnsan hüquqları, demokratiya da terrorizmin qurbanı olur.

Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov tədbirin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edib. Daha sonra isə əsas insan hüquqlarının qorunması və terrorizmlə mübarizə yollarından bəhs edib: “Terrorizm hər zaman bəşər tarixinin qaranlıq tərəfi olub. Sosial inkişafı, sülhü ləngidib. Dövlətlərin vəzifəsi vətəndaşlarını ciddi müdafiə etməkdir . Terrorizmlə mübarizədə heç bir məhdudiyyət olmamalıdır”. O, terrorizmin iki növü növü olduğunu bildirib: yeni və köhnə terrorizm : “Köhnə terrorizm lokal xarakter daşıyırdı. Yeni terrorizm isə texnologiyanın sürətli inkişafı ilə əlaqədar olaraq daha qlobal xarakter alıb. İnsanların təhlükəsizlik və azadlığı indi daha çox təhdidə məruz qalır. Beynəlxalq hüquq səviyyəsində tədbirlər gücləndirilməlidir”.

Latviyanın sabiq Prezidenti Valdes Zatlers isə çıxışında bildirib ki, terrorizm dünyanın müxtəlif yerlərində müxtəlif cür özünü biruzə verir. Xüsusilə də kiber terrorizm dünyanın hər bir nöqtəsində hökm sürür. İnsanların şəxsi məlumatları toplanır, şəxsi təhlükəsizlik təhdid altına düşür.

Uruqavayın sabiq prezidenti Luis Alberta Lakale də çıxışında terrorizm haqqında danışıb. “Terrorist həmişə silahdan istifadə etmir. İnsanlarda qorxu yaratmaq da terrorizmdir. Mədəni yolla da terror baş verir. Din çətiri altında da terror həyata keçirilir . Biz real addımlar atmalıyıq. Həmçinin dünyaya göstərməliyik ki, müsəlmanlar terrorist deyil. Filmlərin çoxunda müsəlmanları terrorçu kimi göstəriblər. Islamın real dəyərləri nümayiş etdirilməlidir”-deyə o bildirib.

“Terrorizm və mütəşəkkil cinayətkarlıq” mövzusuna keçirilən panel iclasda Latviyanın sabi qprezidenti, NGBM həmsədri Vayra Vike Frayberqa, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Moldovanın sabiq prezidenti Petru Luçinski, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin çıxış ediblər. Xanım Vayra-Vike Frayberqanın moderatorluğu ilə keçirilən iclasda qaranlıq şəbəkələr, terrorizm və transmilli mütəşəkkil cinayətkarlığın hazırkı vəziyyəti müzakirə edilib.

Latviyanın sabiq prezidenti, NGBM həmsədri Vayra Vike Frayberqa terrorizmin meyvəsinin qorxu olduğunu bildirib. “Terrorizm tək qorxu yox, həm də utanc deməkdir”-deyə o bildirib. Mütəşəkil cinayətkarlığın səbəblərindən birini də sosiallaşma problemlərində görən xanım Frayberqa bildirib ki, sosiallaşmanın zəif getdiyi bəzi qapalı cəmiyyətlərdə cinayət aktları daha çox olur.

Serbiyanın sabiq Prezidenti Boris Tadiç terrorizmin qurbanı olan dövlətlərdən danışaraq bildirib ki, keçmişə baxsaq görərik ki, bəzi dövlət başçıları terror vasitəsilə öldürülüb. Narkotika alverinin bugünkü terrorun bir hissəsi olduğunu, bəzi dövlətlərin bu cinayətkarlıqa mübarizə aparmaq iqtidarında olmadığını diqqətə çatdırıb.

Moldovanın sabiq Prezidenti Petru Luçinski çıxışında deyib ki, SSRİ dağılandan sonra dünyanın siyasi xəritəsinin dəyişilməsinin də terrorizm və mütəşəkkil cinayətkalığa təsiri olub. Bəzi qüvvələr yaranmış vəziyyətdən istifadə edib.

Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin terrorist qrupların meydana gəlmə səbəbinin sosial problemlərdən, bərabərsizlikdən, zəif iqtisadiyyatdan irəli gəldiyini bildirib. Həmçinin, texnoloji inkişafın da terrorizmin inkişafına yol açdığını bildirib. Onun sözlərinə görə, terrorist qruplar, cinayətkarlar bir-birləriylə asanlıqla əlaqə saxlaya bilir. “Biz necə mübarizə aparmalyıq? - Hər bir dövlət bir-biriylə daha çox əməkdaşlıq etməlidir. Bərabərsizliyə, ədalətsizliyə hədəflənən yol seçilməlidir”- deyə o bildirib.

Bunula da Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilən X Yüksək Səviyyəli Toplantı öz işini yekunlaşdırıb. 

Son xəbərlər

Orphus sistemi