Qəbələdə daşqınların idarəedilməsi üzrə təlim və seminar keçirilib

Qəbələdə daşqınların idarəedilməsi üzrə təlim və seminar keçirilib Seminar Qlobal Ekoloji Fond və BMT-nin İnkişaf proqramı tərəfindən maliyyələşdirilib
Xarici siyasət
27 May , 2016 14:38
Qəbələdə daşqınların idarəedilməsi üzrə təlim və seminar keçirilib

Bakı. 27 may. REPORT.AZ/ Daşqınların idarə edilməsi layihəsi çərçivəsində Qəbələ şəhərində “Daşqınların idarə edilməsi, fəsad və ziyanın insanlara təsiri” adlı seminar və təlim keçirilib.

Bu barədə “Report”a BMT-nin Azərbaycandakı ofisindən bildirilib.

Seminar iştirakçılarına daşqınların idarəedilməsi sistemləri və daşqının təsirinin azaldılması üçün adaptasiyanın yolları haqqında ümumi məlumat verilib. Sistemlərin yerli çərçivədə necə tətbiq edilməsinin müəyyənləşdirilməsi ilə bağlı dəyirmi masa təşkil edilib. Seminarda, həmçinin fövqəladə hallar zamanı icma əsaslı erkən xəbərdarlıq sistemlərindən istifadə üçün təlimatlar toplusunun təqdimatı da keçirilib.

BMT-nin İnkişaf Proqramı və regional icra hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Su Ehtiyatları Dövlət Agentliyi, Azərsu ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri, yerli icmaların nümayəndələri, yerli və xarici ekspertlər seminarda iştirak ediblər.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi “İqlim dəyişikliyi risklərinin Su və Daşqın İdarəedilməsilə İnteqrasiyası” adlı layihə çərçivəsində təşkil olunmuş bu seminarlar Qlobal Ekoloji Fond və BMT-nin İnkişaf proqramı tərəfindən maliyyələşdirilib. Layihənin əsas məqsədi müvafiq bacarıqların inkişaf edilməsində əsas yerli institutlara yardım, qərar qəbul etmə proseslərində yerli əhalinin iştirakının artırılması, eləcə də hökumətlə sudan sərfəli istifadə sahəsində hüquqi islahatların aparılmasında birgə əməkdaşlıq vasitəsilə üzərində işləməsi vasitəsilə Azərbaycanda daşqın və sel nəticəsində yaranan ziyanın azaldılması və qarşısının alınmasıdır.

Son xəbərlər

Orphus sistemi