Yuxarı

Qazaxıstanlı qubernator Bakı Nobel İrsi Fondunun medalı ilə təltif olunub

Mərasimdə Nobel ailəsinin nümayəndəsi Filip Nobel iştirak edib

Bakı. 30 May. REPORT.AZ/ Qazaxıstanın Manqistau vilayətində azərbaycanlı iş adamlarının fəaliyyətlərinə göstərdiyi dəstəyə görə Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun və Azərbaycanın Qazaxıstandakı Biznes İnvestisiya Assosiasiyasının təşəbbüsü ilə Bakı Nobel İrsi Fondu tərəfindən Manqistau vilayətinin akimi (qubernatoru) Alik Aydarbayev fondun medalı ilə təltif olunub. 

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, baş konsulluq tərəfindən 28 May - Respublika Günü ilə bağlı Aktau şəhərinin “RENEISSANSE-AKTAY” otelində keçirilmiş rəsmi qəbul çərçivəsində medalın təqdimetmə mərasimi olub.

Mərasimdə Baş konsulluğun və Azərbaycanın Qazaxıstandakı Biznes İnvestisiya Assosiasiyasının dəvəti ilə Nobel ailəsinin nümayəndəsi Filip Nobel iştirak edib.

Azərbaycan Respublikasının Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov, Azərbaycanın Qazaxıstandakı Biznes İnvestisiya Assosiasiyasının prezidenti Rafat Əliyev çıxış edərək Manqistau vilayətinə rəhbərliyə başladığı dövrdən azərbaycanlı iş adamlarına yaradılmış şəraitdən, göstərilən diqqətdən danışaraq Alik Aybadbayevə minnətdarlıqlarını bildiriblər.

Daha sonra Filip Nobel çıxış edərək ulu babalarının Azərbaycan və Qazaxıstanda fəaliyyətləri, Azərbaycanda Nobel qardaşlarının irsinin qorunması ilə bağlı görülmüş işlər haqqında danışıb. Bakı Nobel İrsi Fondu tərəfindən Manqistau vilayət akimi Alik Aydarbayevin fondun medalı ilə təltif olunduğunu elan edərək medalı akimə təqdim edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi