Yuxarı

Qazaxıstanın baş nazirinin müavini Azərbaycana gəlib

B.Saqintayev Bakının köhnə və yeni limanlarına baş çəkəcək, nəqliyyat sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcək

Bakı. 15 fevral. REPORT.AZ/ Qazaxıstanın baş nazirinin müavini Bakitjan Saqintayev Azərbaycana rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında onu Azərbaycanın rəsmi şəxsləri qarşılayıb.

Qeyd edək ki, səfər zamanı B.Saqintayev Azərbaycanın baş naziri Artur Rasizadə, eləcə də ölkənin digər rəsmi şəxsləri ilə görüşəcək.

Baş nazirin müavini Bakının köhnə və yeni limanlarına baş çəkəcək, ticarət və yüklərin nəql edilməsi sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi