Yuxarı

Qazaxıstanın baş nazirinin müavini Azərbaycana gələcək

Bakitjan Saqintayev Azərbaycan və Qazaxıstan arasında tranzitin artırılması imkanlarını müzakirə edəcək

Bakı. 12 fevral. REPORT.AZ/ Gələn həftə Qazaxıstanın baş nazirinin müavini Bakitjan Saqintayev Azərbaycana gələcək.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev məlumat verib.

Onun sözlərinə görə, Qazaxıstanın baş nazirinin müavini Azərbaycana səfəri zamanı Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək. Eyni zamanda B.Saqintayev Ələt beynəlxalq dəniz limanına baş çəkərək Azərbaycan və Qazaxıstan arasında tranzitin artırılması imkanlarını müzakirə edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi