Qazaxıstanın baş naziri Ələtdə tikilən yeni Bakı Limanı və Əsas Yük Terminalı ilə tanış olub - FOTO

Qazaxıstanın baş naziri Ələtdə tikilən yeni Bakı Limanı və Əsas Yük Terminalı ilə tanış olub - FOTO Tərəflər əməkdaşlığın davam etdiriləcəyini bildiriblər
Xarici siyasət
16 Fevral , 2016 10:37
Qazaxıstanın baş naziri Ələtdə tikilən yeni Bakı Limanı və Əsas Yük Terminalı ilə tanış olub - FOTO

Bakı. 16 fevral. REPORT.AZ/ Qazaxıstanın baş nazirinin birinci müavini Bakıtjan Saqintayevin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfəri çərçivəsində Ələtdə tikilməkdə olan yeni Bakı Limanını, həmçinin Bakıda yerləşən Əsas Yük Terminalını ziyarət ediblər.

"Report" xəbər verir ki, səfər çərçivəsində Bakı Limanının Baş direktoru Taleh Ziyadov B.Sagintayevin başçılıq etdiyi nümayəndə heyətini Limandakı iş prosesilə yaxından tanış edib və tərəflər arasında yükdaşımanın sürətləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Bakı və Aktau limanları arasında mövcud əməkdaşlıq ənənəsinə uyğun olaraq mütəmadi olaraq məlumat və təcrübə mübadiləsinin aparılması müsbət qiymətləndirilib. Tərəflər bu əməkdaşlığın davam etdiriləcəyini bildiriblər.

Ümumiyyətlə son illər ərzində Bakı Limanı tərəfindən liman əməliyyatlarının aparılmasında şəffaflığın təmin edilməsi, yeni innovativ texnologiyanın tətbiq edilməsi və prosedurların beynəlxalq standartlara uyğun aparılması istiqamətində görülmüş işlər barədə qonaqlara məlumat verilib, Bakı Limanının gələcək planları və perspektivləri barədə danışılıb. Bakı Limanın baş direktoru Liman ətrafında təsis edilməsi planlaşdırılan Azad Ticarət Zonasının ölkəyə və regiona verəcəyi bəhrədən danışaraq bu məsələnin ölkənin qeyri-neft sektorunun inkişafında böyük rol oynayacağını qeyd edib.

Qeyd edək ki, Bakı Limanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq Türkiyədən Orta Asiya istiqamətində hərəkət edən yük maşınları üçün əlverişli şərait yaradılması və ölkə ərazisindən tranzitlə keçən yüklər üçün keçid prosedurlarının sadələşdirilməsi istiqamətində bir sıra işlər görüb. Nəticədə bir müddət əvvəl yük maşınları əraziyə daxil olarkən yükaşırma proseduru 2 gün aldığı halda, yeni sistemin tətbiqindən sonra 3 saat ərzində maşınların bərəyə yüklənməsi mümkün olur.

Son xəbərlər

Orphus sistemi