Qazaxıstanın Azərbaycandakı Səfirliyi: “Seçici fəallığı yüksəkdir”

Qazaxıstanın Azərbaycandakı Səfirliyi: “Seçici fəallığı yüksəkdir” “Azərbaycanda daimi və müvəqqəti yaşayan 140-dan çox Qazaxıstan vətəndaşı parlament seçkilərində iştirak edir, yüksək seçici fəallığı müşahidə olunur”.
Xarici siyasət
19 Mart , 2023 15:08
Qazaxıstanın Azərbaycandakı Səfirliyi: “Seçici fəallığı yüksəkdir”

“Azərbaycanda daimi və müvəqqəti yaşayan 140-dan çox Qazaxıstan vətəndaşı parlament seçkilərində iştirak edir, yüksək seçici fəallığı müşahidə olunur”.

Bu barədə "Report"a Qazaxıstanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Səfirlikdə fəaliyyət göstərən 262 saylı seçki məntəqəsində səsvermə səhər saat 7-də başlayıb. Səsvermənin gedişini MDB Parlament Assambleyasının müşahidəçiləri izləyir.

Bildirilib ki, konsulluq qeydiyyatında olan və müxtəlif səbəblərdən, o cümlədən ezamiyyət çərçivəsində bu gün Bakıda olan Qazaxıstan vətəndaşları bu məntəqədə səs vermək imkanına malikdirlər.

Məntəqədə səsvermə yerli vaxtla axşam saat 20:00-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi