Bakı. 16 mart. REPORT.AZ/ Qazaxıstanın Azərbaycan, Qırğızıstan və Çexiyadakı səfirləri dəyişdirilib.
"Report" "Newskaz"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin sərəncamı ilə İsabayev Beybit Oksikbayeviç Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Amangəldi Jumabayev bu vəzifədən azad edilib.