Yuxarı

Qazaxıstan XİN başçısı: "Həmişə günəşli Azərbaycana gəlməkdən şad olmuşam"

Çoxtərəfli formatda tərəflər beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir

Bakı. 5 iyul. REPORT.AZ/ "Qazaxıstan və Azərbaycan arasında münasibətlər Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 2005-ci ilin may ayında Azərbaycana rəsmi səfəri zamanı imzalanmış strateji tərəfdaşlıq və müttəfiq münasibətlər haqqında sazişə uyğun olaraq inkişaf edir".

Bu sözləri onlayn sual-cavab sessiyasında "Report"un sualını cavablandırarkən Qazaxıstan xarici işlər naziri Yerlan İdrisov deyib.

Onun sözlərinə görə, çoxtərəfli formatda tərəflər BMT, ATƏT, İKT kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir: "Qazaxıstan və Azərbaycan arasında mütəmadi olaraq yüksək və yuxarı səviyyədə görüşlər və danışıqlar keçirilir. Şəxsən mən dəfələrlə sizin gözəl ölkənizdə olmuşam".

Y.İdrisov qarşıdakı aylarda Azərbaycana səfərlərin planlaşdırılmadığını, amma həmişə günəşli Azərbaycana gəlməkdən şad olduğunu da sözlərinə əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi