Qazaxıstan prezidentinin Azərbaycana səfəri gələn ilin birinci yarısına planlaşdırılır

Qazaxıstan prezidentinin Azərbaycana səfəri gələn ilin birinci yarısına planlaşdırılır Gələn ildə həmçinin Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının növbəti iclasının keçiriləcəyi gözlənilir
Xarici siyasət
27 Dekabr , 2016 17:07
Qazaxıstan prezidentinin Azərbaycana səfəri gələn ilin birinci yarısına planlaşdırılır

Bakı. 27 dekabr. REPORT.AZ/ Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin gələn ilin birinci yarısında Azərbaycana səfər edəcəyi gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Azərbaycan-Qazaxıstan qeyri-formal dostluq qrupunun üzvləri ilə görüşündə bildirib.

Səfirin sözlərinə görə, gələn il həmçinin Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının növbəti iclasının keçiriləcəyi və iki ölkənin dövlət qurumlarının bir sıra nümayəndələrinin səfərləri gözlənilir.

B.İsabayev eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin EXPO-2017 sərgisinin açılışında iştirak etmək məqsədilə Astanaya səfər edəcəyinin gözlənildiyini də deyib.

Xatırladaq ki, Nursultan Nazarbayevin Azərbaycana səfəri bu il oktyabrın 12-də baş tutmalı idi, lakin onun xəstələnməsi ilə əlaqədar səfər təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi