Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycana işçi səfəri çərçivəsində Astana şəhərinin meri Aset İsekeşev Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində olub.
Qazaxıstanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, nümayəndə heyəti əməliyyat zalında olub. Burada qonaqlar nəqliyyatın hərəkətinə müşahidə kameralarının işi ilə tanış olub. Qonaqlara, həmçinin Mərkəzin yaradılması tarixi, şəhər taksi sisteminin fəaliyyəti, avtomoil daşımaları xidmətlərinin tədarükçülərinə lisenziyaların verilməsi qaydaları haqqında məlumat verilib.
Bundan başqa, merə "London Cab" tipli avtomobil nümayiş etdirilib.