Bakı. 20 noyabr. REPORT.AZ/ Qazaxıstan-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclasının tarixi məlum olub. Diplomatik mənbələrin "Report"a verdiyi məlumata görə, iclas dekabrın 3-4-də Bakıda keçiriləcək.
Hökumətlərarası komissiya çərçivəsində tərəflər arasında saziş imzalanacağı gözlənilir. Ancaq bu məsələ hazırda müvafiq kanallar vasitəsilə işlənməkdədir.
Məlumata görə, dekabrın 3-də hökumətlərarası komissiyada iştirak etmək üçün Bakıya Qazaxıstan tərəfdən hökumətlərarası komissiyanın həmsədri, energetika naziri Vladimir Şkolnikin başçılıq etdiyi nümayəndə heyəti gələcək.
Qeyd edək ki, Azərbaycan tərəfdən hökumətlərarası komissiyanın həmsədri energetika naziri Natiq Əliyevdir.