Qarsdakı qəzada yaralananlardan 29 nəfəri Azərbaycan, 1-i Türkiyə vətəndaşıdır

Qarsdakı qəzada yaralananlardan 29 nəfəri Azərbaycan, 1-i Türkiyə vətəndaşıdır Bakı. 25 dekabr. REPORT.AZ/ Qars şəhərində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində yaralananlardan 29 nəfəri Azərbaycan, 1-i isə Türkiyə vətəndaşıdır. 
Xarici siyasət
25 Dekabr , 2017 13:01
Qarsdakı qəzada yaralananlardan 29 nəfəri Azərbaycan, 1-i Türkiyə vətəndaşıdır

Bakı. 25 dekabr. REPORT.AZ/ Qars şəhərində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində yaralananlardan 29 nəfəri Azərbaycan, 1-i isə Türkiyə vətəndaşıdır. 

Bu barədə "Report"a Azərbaycanın Qarsdakı Baş Konsulluğundan məlumat verilib. 

Bildirilib ki, İstanbul-İğdır reysi üzrə hərəkət edən sərnişin avtobusu dekabrın 25-də səhər saatlarında Karakurt-Kağızman avtomobil yolunda aşıb. 

"Ümumilikdə, 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ağır yaralı yoxdur. Yaralılar Qars və Sarıkamış dövlət xəstəxanalarına çatdırılıblar. Artıq onlardan 4 nəfəri evə buraxılıb", - Baş Konsulluqdan qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi