Bakı. 23 yanvar. REPORT.AZ/ Davosda Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin görüşü olub. "Report" Gürcüstan baş nazirinin Twitter-dəki rəsmi səhifəsinə instinadən xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər.
Bundan əlavə, İ.Qaribaşvili Azərbaycan prezidentini Gürcüstana səfərə dəvət edib.