Qaqauz muxtariyyətinin başqanı Bakıda həmvətənləri ilə görüşüb

Qaqauz muxtariyyətinin başqanı Bakıda həmvətənləri ilə görüşüb İrina Vlax Moldova prezidenti İqor Dodonun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdədir
Xarici siyasət
22 İyun , 2017 12:49
Qaqauz muxtariyyətinin başqanı Bakıda həmvətənləri ilə görüşüb

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Moldovanın Qaqauz muxtariyyətinin başqanı İrina Vlax Azərbaycanda daimi yaşayan moldovalılarla görüşüb.

"Report" başqanın rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı Moldova diasporunun nümayəndələri həm moldovalı, həm də qaqauz rəssamların və ya ansamblların Azərbaycana tez-tez gəlmələrinin istədiklərini bildiriblər.

Öz növbəsində, İ.Vlax ötən əsrin 90-cı illərində muxtariyyətdən olan bir çox gənclərin müqavilə üzrə Bakıya təhsil almağa getdiklərini vurğulayıb: "Son 15 ildə bu proqram fəaliyyət göstərməyib, ona görə də qaqauzlarla əlaqə itib. Bu səbəbdən həmvətənlərimizlə görüşümüz çox səmimi mühitdə keçdi. Vətəndən kənarda yaşayan qaqauzlar evdə baş verənlərlə yaxından maraqlanır. Onlar Qaqauz muxtariyyətinin maraqlarını yeni vətənlərində - Azərbaycanda təşviq etməyə hazırdırlar".

Qeyd edək ki, İ.Vlax prezident kimi ilk dəfə Bakıya təşrif buyurmuş Moldovanın dövlət başçısı İqor Dodonun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdədir.

Son xəbərlər

Orphus sistemi