Putin Mixail Boçarnikovu Azərbaycana səfir təyin edib

Putin Mixail Boçarnikovu Azərbaycana səfir təyin edib Bakı. 29 may. REPORT.AZ/ Mixail Boçarnikov Rusiyanın Azərbaycandakı səfiri təyin edilib.
Xarici siyasət
29 May , 2018 18:44
Putin Mixail Boçarnikovu Azərbaycana səfir təyin edib

Bakı. 29 may. REPORT.AZ/ Mixail Boçarnikov Rusiyanın Azərbaycandakı səfiri təyin edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.

M.Boçarnikov 2006-cı ildən 2018-ci ilin fevralın 7-dək Rusiyanın Qazaxıstandakı səfiri olub.

Qeyd edək ki, 2009-cu ildən Rusiyanın Bakıdakı səfiri postunu tutan Vladimir Doroxin 2017-ci ilin noyabrında tutduğu vəzifədən azad edilib.

Son xəbərlər

Orphus sistemi