Prezidentin köməkçisi: "Ermənistan başqa ölkələrin geosiyasi rəqabətində alət olmamalıdır"

Prezidentin köməkçisi: "Ermənistan başqa ölkələrin geosiyasi rəqabətində alət olmamalıdır" "Digər ölkələrin özləri arasındakı geosiyasi rəqabətin və problemlərin Cənubi Qafqaz regionuna daşınmasına ehtiyac yoxdur".
Xarici siyasət
20 Sentyabr , 2023 18:09
Prezidentin köməkçisi: Ermənistan başqa ölkələrin geosiyasi rəqabətində alət olmamalıdır

"Digər ölkələrin öz aralarındakı geosiyasi rəqabəti Cənubi Qafqaza daşımasına ehtiyac yoxdur".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, regional məsələlər məhz regionda həll edilməlidir və Azərbaycan bu gündəliyin tərəfdarıdır: "Cənubi Qafqaz regionu onsuz da münaqişələrdən, təhlükələrdən uzun müddət əziyyət çəkib. Ermənistan da öz növbəsində bu kimi siyasətlərin həyata keçirilməsinə alət olmamalıdır".

Son xəbərlər

Orphus sistemi