Bakı. 18 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Hökuməti ilə Moskva Hökuməti arasında anlaşma və əməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
"Report"un xəbərinə görə, Nazirlər Kabinetinə memorandumun müddəalarının həyata keçirilməsi tapşırılıb.
Qeyd edək ki, Azərbaycanla Moskva arasında anlaşma və əməkdaşlıq haqqında memorandum 2014-cü il sentyabrın 25-də Bakı şəhərində imzalanıb.