Prezidenti İlham Əliyev Malayziyanın XIV Ali Başçısını təbrik edib

Prezidenti İlham Əliyev Malayziyanın XIV Ali Başçısını təbrik edib Azərbaycan prezidenti Malayziyanın başçısına milli bayram münasibətilə təbrik məktubu göndərib
Xarici siyasət
30 Avqust , 2016 18:14
Prezidenti İlham Əliyev Malayziyanın XIV Ali Başçısını təbrik edib

Bakı. 30 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malayziyanın XIV Ali Başçısı Əlahəzrət Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişaha təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, təbrik məktubunda deyilir: 

"Əlahəzrət,

Malayziyanın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Malayziya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm."

Son xəbərlər

Orphus sistemi