Yuxarı

Prezident İlham Əliyev ABŞ-ın bir sıra ictimai xadimləri ilə görüşüb

Görüşdə Azərbaycan ilə ABŞ arasında əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının ictimai xadimləri – “Armitage International” şirkətinin prezidenti Riçard Armitac və Karnegi Fondunun prezidenti Uilyam Börns ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Ötən dövrdə Azərbaycan ilə ABŞ-ın enerji, təhlükəsizlik, sülhyaratma və digər sahələrdə yaxşı əməkdaşlığının olduğu vurğulanıb. Ölkələrimiz arasında münasibətlərin güclü təməl üzərində qurulduğu, hazırda əlaqələrin yeni mərhələyə daxil olduğu qeyd edilib. Azərbaycan-ABŞ əməkdaşlığının bundan sonra da bütün sahələrdə genişlənəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi