Prezident: "Rusiya Baş Qərargah rəisi ilə NATO Ali Baş Komandanının Bakıda görüşməsi Azərbaycana olan inamın göstəricisidir"- YENİLƏNİB

Prezident: "Rusiya Baş Qərargah rəisi ilə NATO Ali Baş Komandanının Bakıda görüşməsi Azərbaycana olan inamın göstəricisidir"- YENİLƏNİB Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovu qəbul edib.
Xarici siyasət
19 Aprel , 2018 16:11
Prezident: Rusiya Baş Qərargah rəisi ilə NATO Ali Baş Komandanının Bakıda görüşməsi Azərbaycana olan inamın göstəricisidir- YENİLƏNİB

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovu qəbul edib.

"Report" xəbər verir ki, Valeri Gerasimov İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib və bu seçkiləri xalqın dövlətimizin başçısına olan böyük etimadının göstəricisi kimi qiymətləndirib.

Azərbaycan Respublikasının Prezidenti təbriklərə görə minnətdarlığını bildirib.

Söhbət zamanı hərbi və hərbi-texniki sahələrdə Azərbaycan-Rusiya uğurlu əlaqələri müzakirə edilib, gələcək qarşılıqlı faydalı əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

Valeri Gerasimov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşünə ölkəmizin ev sahibliyi ilə əlaqədar dövlətimizin başçısına minnətdarlıq edib.

Azərbaycan Prezidenti bu görüşün Bakıda keçirilməsini ölkəmizə olan inamın göstəricisi kimi dəyərləndirib və görüşün beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.


*** 13:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb. 

Son xəbərlər

Orphus sistemi