Prezident: “Qırğız Respublikası qardaş Azərbaycanla dostluq münasibətlərinin gələcək inkişafına çox böyük önəm verir”

Prezident: “Qırğız Respublikası qardaş Azərbaycanla dostluq münasibətlərinin gələcək inkişafına çox böyük önəm verir” Bakı. 3 sentyabr. REPORT.AZ/ “Sizi və nümayəndə heyətinin üzvlərini Qırğızıstanın mirvarisi – İssık-Kulun sahilində səmimi qəlbdən salamlayıram. Mən şadam ki, bu gün bizə ölkələrimiz arasında əməkdaşlığın aktual məsələlərini müzakirə etmək üçün belə gözəl imkan yaranıb”.
Xarici siyasət
3 Sentyabr , 2018 13:49
Prezident: “Qırğız Respublikası qardaş Azərbaycanla dostluq münasibətlərinin gələcək inkişafına çox böyük önəm verir”

Bakı. 3 sentyabr. REPORT.AZ/ “Sizi və nümayəndə heyətinin üzvlərini Qırğızıstanın mirvarisi – İssık-Kulun sahilində səmimi qəlbdən salamlayıram. Mən şadam ki, bu gün bizə ölkələrimiz arasında əməkdaşlığın aktual məsələlərini müzakirə etmək üçün belə gözəl imkan yaranıb”.

“Report” xəbər verir ki, bunu sentyabrın 3-də Çolpon-Ata şəhərində Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşündə deyib.

“Sizin bildiyiniz kimi, Qırğız Respublikası bizim ölkələrimiz arasında, qardaş Azərbaycan ilə qarşılıqlı etimad və hörmət əsasında dostluq münasibətlərinin gələcək inkişafına çox böyük önəm verir. Biz həmişə dostlarımızla məsələlərin bütün spektri üzrə məzmunlu söhbətə açığıq və hazırıq. Mən Sizi səmimi qəlbdən təbrik etmək istəyirəm. Bu il ölkəniz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd edir. Mən bu milli bayram münasibətilə Sizi təbrik edirəm və vaxt tapıb gəldiyinizə görə çox sağ olun”, - dövlət başçısı əlavə edib.

Son xəbərlər

Orphus sistemi