“Ümumilikdə, dostlar dost olduqlarını sübut etdilər və Azərbaycan dostlar sırasındadır. Böhran şəraitində dünya ağ-qara olur. Qəlbi gözəl insanlar pis ola bilməzlər, qəlbi qara olanlar isə şəraitdən istifadə edirlər. Bəzi Avropa ölkələri və uşaqların öldürülməsini normal qarşılayan siyasətçilərin timsalında bunu görmək olar”.
Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak “Report”un Şərqi Avropa bürosuna müsahibəsində deyib.
Azərbaycanın Ukraynaya humanitar yardımından danışan siyasətçi bildiirb: “Dünya bu baxımdan Ukraynaya çox isti yanaşdı. Qaçqınlarımıza yardım göstərilir, ərzaq məhsullarının, geyimlərin daşınmasını təmin edən humanitar dəhlizlər yaradılıb. Bu, Ukraynaya çox kömək edir, çünki faktiki bu gün iqtisadiyyatımız işlək vəziyyətdə deyil. Çünki ölkənin bu qədər böyük hissəsində hərbi əməliyyatların aparılması şəraitində humanitar yardım çox böyük əhəmiyyətə malikdir. Buna görə də səsimizə səs verən bütün dövlətlərə, o cümlədən ayrı-ayrı şəxslərə minnətdarlığımızı bildiririk”.
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyakın “Report”a müsahibəsi ilə buradan tanış ola bilərsiniz.