Bakı. 17 mart. REPORT.AZ/ Latviya "Şimal-Cənub" layihəsinə maraq göstərir.
"Report" xəbər verir ki, bu barədə Latviya prezidenti Raymond Veyonis jurnalistlərə bildirib.
"Latviya Azərbaycan ilə daha sıx əməkdaşlıqda maraqlıdır. Bizi bir çox layihələr, o cümlədən bir hissəsi İran və Azərbaycan ərazisindən keçən "Şimal-Cənub" layihəsi maraqlandırır", - deyə R.Veyonis vurğulayıb.
Onun sözlərinə görə, Latviya tərəfi bu layihəyə böyük önəm verir: "Latviya şimal ölkələrinə - Finlandiya, İsveç, Norveçə, eləcə də Avropa İttifaqının istənilən ölkəsinə müxtəlif məhsulların tədarükü baxımından həmişə yaxşı regional mərkəz olub və olacaq".