Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başlayıb

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başlayıb Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri başlayıb.
Xarici siyasət
14 May , 2022 14:42
Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başlayıb

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başlayıb.

“Report” xəbər verir ki, dövlət başçısının təyyarəsi Rizə şəhərində yeni inşa olunan Rizə-Artvin Hava Limanına eniş edib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb. 

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb. 

İki ölkənin liderləri Rizə-Artvin Hava Limanının açılış mərasimində iştirak edəcək.

Bundan başqa, Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olacaq.

Son xəbərlər

Orphus sistemi