İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş prezidentini təbrik edib

İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş prezidentini təbrik edib Prezident İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Sadır Japarova
Xarici siyasət
12 Yanvar , 2021 18:51
İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş prezidentini təbrik edib
İlham Əliyev

Prezident İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş Prezidenti Sadır Japarova məktub ünvanlayıb.

"Report" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Japarov,

Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Qırğızıstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

Son xəbərlər

Orphus sistemi