Azərbaycan Prezidenti Malayziyanın XVI Ali Başçısını təbrik edib

Azərbaycan Prezidenti Malayziyanın XVI Ali Başçısını təbrik edib Prezident İlham Əliyev Malayziyanın XVI Ali Başçısı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha təbrik məktubu ünvanlayıb. Əlahəzrət,
Xarici siyasət
30 Avqust , 2021 14:36
Azərbaycan Prezidenti Malayziyanın XVI Ali Başçısını təbrik edib
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malayziyanın XVI Ali Başçısı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Əlahəzrət,

Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan-Malayziya əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur. Əminəm ki, dövlətlərarası münasibətlərimizin daim inkişafı, ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, beynəlxalq təşkilatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Malayziyaya daim firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi