Prezident İlham Əliyev livanlı həmkarına başsağlığı verdi

Prezident İlham Əliyev livanlı həmkarına başsağlığı verdi AzərbaycanPrezidentiİlham Əliyev Livan PrezidentiMişel Aunaya başsağlığı məktubu göndərib.
Xarici siyasət
781
5 Avqust , 2020 15:45
Prezident İlham Əliyev livanlı həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Livan Prezidenti Mişel Auna başsağlığı məktubu göndərib.  

"Report" xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Beyrut şəhərində baş vermiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər məni olduqca kədərləndirdi.

Bu çətin anda Azərbaycan xalqının Livan xalqı ilə həmrəy olduğunu bildirirəm. Azərbaycan Respublikası faciənin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə dost Livan Respublikasına maliyyə yardımı göstərəcəkdir.

Sizə, həlak olanların ailələrinə və Livan xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm".

Orphus sistemi