Prezident İlham Əliyev Çin liderinə başsağlığı verib

Prezident İlham Əliyev Çin liderinə başsağlığı verib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə məktub ünvanlayıb.
Xarici siyasət
23 İyul , 2021 12:16
Prezident İlham Əliyev Çin liderinə başsağlığı verib
İlham Əliyev
0 : 00
0 : 00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə məktub ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Sədr,

Henan əyalətində baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

Son xəbərlər

Orphus sistemi