İlham Əliyev: "Biz sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik"

İlham Əliyev: "Biz sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik" "Biz sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Artıq sülh sazişini imzalamağın vaxtı gəlib".
Xarici siyasət
29 Aprel , 2022 15:30
İlham Əliyev: Biz sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik

"Biz sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Artıq sülh sazişini imzalamağın vaxtı gəlib".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlət başçısı deyib ki, artıq belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər, bununla da biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik.

“Bu cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna bilər. Yəni, nifrət deyil, sülh təbliğatçıları olan mütəxəssislər də bu cür tədbirlərə dəvət edilə bilərlər. Yəni, bu, özü gözəl bir bünövrə olar”, - Prezident İlham Əliyev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi