Prezident İlham Əliyev Belçikanın yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Belçikanın yeni səfirinin etimadnaməsini qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermansın etimadnaməsini qəbul edib.
Xarici siyasət
24 Avqust , 2021 15:01
Prezident İlham Əliyev Belçikanın yeni səfirinin etimadnaməsini qəbul edib
0 : 00
0 : 00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermansın etimadnaməsini qəbul edib.

"Report" xəbər verir ki, Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermans etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edib.

Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığına səfərləri və bu səfərlər zamanı Belçikalıların Kralı Əlahəzrət Filiplə görüşləri xatırlanaraq bu görüşlərdə ölkələrimiz arasında əməkdaşlığa dair çox səmərəli müzakirələrin aparıldığı bildirilib.

Görüşdə Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında əlaqələrin genişləndirilməsinin önəminə toxunularaq əməkdaşlığın konkret sahələrinin müəyyənləşdirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması istiqamətində praktiki addımların atılmasının vacibliyi qeyd edilib.

Səfir Mişel Pitermansın ölkəmizdə diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

11:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermansın etimadnaməsini qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Son xəbərlər

Orphus sistemi