​Prezident İlham Əliyev: “Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər bütün sahələrdə dinamik şəkildə uğurla inkişaf edir”

​Prezident İlham Əliyev: “Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər bütün sahələrdə dinamik şəkildə uğurla inkişaf edir” Prezident Rusiya Federasiyası Hökuməti sədrinin müavinini qəbul edib
Xarici siyasət
15 Sentyabr , 2014 15:21
​Prezident İlham Əliyev: “Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər bütün sahələrdə dinamik şəkildə uğurla inkişaf edir”
Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Report-un xəbərinə görə, Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə dinamik şəkildə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın gündəliyində duran məsələlərin geniş şəkildə nəzərdən keçirilməsinin önəmini qeyd edib. Rusiya prezidenti Vladimir Putinlə Soçidəki görüşünü məmnunluqla xatırlayan prezident İlham Əliyev həmin görüşdə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı səmərəli müzakirələr aparıldığını vurğulayıb. Hazırkı dövrdə ticarət dövriyyəsinin artırılması, o cümlədən iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən İ.Əliyev Dmitri Roqozinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edib.

Böyük nümayəndə heyəti ilə Azərbaycana səfərə gəldiyini diqqətə çatdıran Dmitri Roqozin nümayəndə heyətinin tərkibində yüksək səviyyəli məmurların olmasının əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlərin operativ həlli baxımından əhəmiyyətini vurğulayıb. Dmitri Roqozin komissiyanın bugünkü iclasında dövlət başçılarının Soçi görüşündə qarşıya qoyduqları vəzifələrin, o cümlədən enerji sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı yüksək səviyyəli işçi qrupunun yaradılması və əməkdaşlığın digər sahələri ilə əlaqədar məsələlərin ətraflı müzakirə olunacağını deyib.

Son xəbərlər

Orphus sistemi