Prezident İlham Əliyev Almaniya nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Almaniya nümayəndə heyətini qəbul edib İlham Əliyev Almaniyaya səfəri zamanı orada keçirilən biznes forumun əhəmiyyətini qeyd edib
Xarici siyasət
2 Sentyabr , 2014 15:10
Prezident İlham Əliyev Almaniya nümayəndə heyətini qəbul edib
Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri, Alman Mərkəzi Sənətkarlar Birliyinin keçmiş baş katibi, sabiq dövlət katibi Hans-Eberhard Şlayerin, Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrentsin, “Almaniya-İsrail Cəmiyyəti”nin sədri Raynold Robbenin, Alman-Azərbaycan Forumunun baş katibi, keçmiş dövlət katibi Mixael Andreas Butsun və “Almaniya İqtisadiyyatının Şərq Komitəsi”nin icraçı direktoru Rayner Lintnerin daxil olduğu Almaniya nümayəndə heyətini qəbul edib. Report xəbər verir ki, dövlət başçısı iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan ilə Almaniya arasında fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq infrastruktur, müxtəlif investisiya layihələrində alman şirkətlərinin iştirakı üçün yaxşı imkanların olduğunu bildirib. Prezident İlham Əliyev Almaniyaya səfəri zamanı orada keçirilən biznes forumun əhəmiyyətini qeyd edib.

Azərbaycan prezidenti ilə yenidən görüşündən böyük məmnunluq hissi keçirdiyini bildirən Hans-Eberhard Şlayer iki ölkə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb.

Görüşdə Almaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu, infrastruktur və digər sahələrdə daha da inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, regionda və dünyada gedən proseslərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi