Prezident İlham Əliyevin və Belçikalıların Kralı Filipin görüşü olub - YENİLƏNİB

Prezident İlham Əliyevin və Belçikalıların Kralı Filipin görüşü olub - YENİLƏNİB Prezident İlham Əliyev Belçika şirkətlərini Azərbaycanın iqtisadiyyatının inkişafında iştiraka dəvət edib
Xarici siyasət
6 Fevral , 2017 15:00
Prezident İlham Əliyevin və Belçikalıların Kralı Filipin görüşü olub - YENİLƏNİB

*** 14:27

Bakı. 6 fevral. REPORT.AZ/ Bu gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Belçikalıların Kralı Filipin görüşü olub.

"Report"un xəbərinə görə, görüşdə Azərbaycan ilə Belçika arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Dövlət başçısının bu səfərinin həm Azərbaycan-Belçika ikitərəfli münasibətlərinin genişlənməsi, həm də Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcəyinə əminlik bildirilib. Prezident İlham Əliyev Belçika şirkətlərini Azərbaycanın iqtisadiyyatının inkişafında iştiraka dəvət edib.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu vurğulanıb, regional, iqtisadi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi