Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Parisdə “SUEZ” qrupun baş direktorunun müavini, eyni zamanda, MEDEF-in vitse-prezidenti xanım Marie-Ange Debon ilə görüşü olub.
"Report"un xəbərinə görə, görüşdə Azərbaycan ilə “SUEZ” qrup arasında müəyyən sahələrdə əməkdaşlığın həyata keçirildiyi, bir sıra layihələr üzərində iş getdiyi bildirilib.
Həmcinin Bakının yağış sularından təmizlənməsi və digər layihələrlə bağı məsələlər müzakirə olunub, bu işlərin davam etdirilməsinin məqsədəuyğunluğu bildirilib.
Bundan başqa, Prezident İlham Əliyev martın 13-də “Vivaction” şirkətinin prezidenti Rişar Mari ilə görüşüb. Görüşdə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.




