Prezident İlham Əliyevin Parisdə “Rothschild and Co” şirkətinin vitse-prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin Parisdə “Rothschild and Co” şirkətinin vitse-prezidenti ilə görüşü olub Bakı. 20 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Rothschild and Co” şirkətinin sədri Devid de Rotşild ilə görüşüb.
Xarici siyasət
20 İyul , 2018 10:53
Prezident İlham Əliyevin Parisdə “Rothschild and Co” şirkətinin vitse-prezidenti ilə görüşü olub
0 : 00
0 : 00

Bakı. 20 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Rothschild and Co” şirkətinin sədri Devid de Rotşild ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə “Rothschild and Co” şirkəti arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib, bu əməkdaşlığın bank sektorunda, özəlləşdirmə sahəsində genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Devid de Rotşild babasının vaxtilə Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, onun da bu ənənəni davam etdirmək niyyətində olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi