Prezident İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib
Xarici siyasət
14 Mart , 2017 16:04
Prezident İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub
Azertag.az

Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin martın 14-də Parisdə rəsmi qarşılanma mərasimi olub.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev Parisin Veteranlar meydanında yerləşən Ordu Muzeyinə gəlib.

Dövlət başçısını Fransanın kənd təsərrüfatı naziri, hökumətin sözçüsü Stefan Lö Fol qarşılayıb. 

Ordu Muzeyinin yerləşdiyi Veteranlar meydanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycanın və Fransanın dövlət himnləri səsləndirilib.

Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçib.

Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib.

Fransanın kənd təsərrüfatı naziri, hökumətin sözçüsü Stefan Lö Fol Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi