Prezident İlham Əliyevin İsveçrəyə səfəri başa çatıb

Prezident İlham Əliyevin İsveçrəyə səfəri başa çatıb Bu barədə Azərtac məlumat yayıb
Xarici siyasət
16 Oktyabr , 2017 16:47
Prezident İlham Əliyevin İsveçrəyə səfəri başa çatıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına səfəri başa çatıb.

“Report”un xəbərinə görə, bu barədə Azərtac məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşünə gedib. Oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi