Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) cari ilin dekabr ayının 7-də Azərbaycan Hökuməti adından Qırğız Respublikasının Oş vilayətində baş vermiş güclü zəlzələ ilə əlaqədar həmin ölkəyə göndərdiyi humanitar yardım bu gün ünvana çatdırılıb. Bu barədə "Report"a FHN-dən məlumat verilib.
Xatırladaq ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınmış və ümumi dəyəri bir milyon manat olan humanitar yardıma 19 ton qənd, 19 ton şəkər tozu, 19 ton düyü, 8 tondan artıq çay, 16 tondan artıq bitki yağı, 38 ton un, 19 ton makaron, 18 tondan artıq vermeşil, 3500 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəsti), 50 ədəd generator, 240 ədəd çadır, 6006 kv m dam örtüyü (dəmir şifer), 70 kub m taxta, 40.000 metr reyka, 26 tondan artıq benzin, 29 tona yaxın dizel və 195 ədəd istilik sobası daxildir.