Prezident İlham Əliyevin Davosda McKinsey şirkətinin qlobal idarəedici tərəfdaşı ilə görüşü olub

Prezident İlham Əliyevin Davosda McKinsey şirkətinin qlobal idarəedici tərəfdaşı ilə görüşü olub Görüşdə Azərbaycan ilə McKinsey şirkəti arasında əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub
Xarici siyasət
16 Yanvar , 2017 20:00
Prezident İlham Əliyevin Davosda McKinsey şirkətinin qlobal idarəedici tərəfdaşı ilə görüşü olub

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Davosda McKinsey şirkətinin qlobal idarəedici tərəfdaşı Dominik Barton ilə görüşüb.

"Report" xəbər verir ki, Dominik Barton Bakıya səfərini məmnunluqla xatırladıb, Azərbaycanda gördüyü inkişaf proseslərini, iqtisadi sahədə aparılan islahatları yüksək qiymətləndirib.

Söhbət zamanı McKinsey şirkətinin bu yaxınlarda Bakıda ofisinin fəaliyyətə başladığı və artıq bu şirkətin 20-yə yaxın layihədə, o cümlədən Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin hazırlanmasında iştirak etdiyi vurğulanıb.

Görüşdə Azərbaycan ilə McKinsey şirkəti arasında əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi