Prezident İlham Əliyevin Davosda İsrailin Baş naziri ilə görüşü olub

Prezident İlham Əliyevin Davosda İsrailin Baş naziri ilə görüşü olub Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edilib, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb
Xarici siyasət
24 Yanvar , 2018 16:51
Prezident İlham Əliyevin Davosda İsrailin Baş naziri ilə görüşü olub

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 24-də Davosda İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə görüşü olub.

"Report" xəbər verir ki, görüşdə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri məmnunluqla xatırlanıb, səfərin nəticələrinin Azərbaycan-İsrail əlaqələrinin inkişafına yeni təkan verdiyi qeyd olunub.

Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edilib, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi