Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşüb

    Görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edilib

    Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Münhendə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele ilə görüşüb.

    "Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Ölkəmizdə sərmayə qoyuluşu baxımından münbit şəraitin olduğu bildirilib.

    Söhbət zamanı Azərbaycanın və Almaniyanın iş adamları arasında qarşılıqlı biznes səfərlərinin təşkilinin əhəmiyyəti vurğulanıb, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi