Bakı. 18 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Fələstin Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr mexanizminə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
"Report"un xəbərinə görə, sərəncamla Azərbaycan Xarici İşlər Nazirliyi ilə Fələstin Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr mexanizminə dair Anlaşma Memorandumu təsdiqlənib.
Sənədlə Azərbaycan Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsinin təmin edilməsi tapşırılıb.
Xatırladaq ki, Azərbaycan XİN ilə Fələstin XİN arasında məsləhətləşmələr mexanizminə dair Anlaşma Memorandumu 2014-cü il oktyabrın 15-də Bakı şəhərində imzalanıb.