Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Beynəlxalq Telekommunikasiya İttifaqının yeni seçilmiş baş katibi Haulin Zaonu qəbul edib. “Report”un məlumatına görə, görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük uğurların əldə edildiyi vurğulanıb, “BakuTel 2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisinin ənənəvi olaraq hər il Bakıda keçirilməsinin və tədbirə olan marağın ildən-ilə artmasının önəmi qeyd edilib, sərginin bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.
Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul edib
Xarici siyasət
2 Dekabr , 2014
14:39


İngilis versiyası
President Ilham Aliyev received Secretary General of International Telecommunication Union
Son xəbərlər
