Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib “İşlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim sülh və rifah arzulayıram”
Xarici siyasət
24 Mart , 2017 18:04
Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

Bakı. 24 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Prokopis Pavlopulosa təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim sülh və rifah arzulayıram”.

Son xəbərlər

Orphus sistemi