Prezident İlham Əliyev Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib - ƏLAVƏ OLUNUB

Prezident İlham Əliyev Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib - ƏLAVƏ OLUNUB Söhbət zamanı Yunanıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
17 Oktyabr , 2017 15:34
Prezident İlham Əliyev Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib - ƏLAVƏ OLUNUB

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosun etimadnaməsini qəbul edib.

"Report"un xəbərinə görə, səfir Nikolaos Kanellos fəxri qarovul dəstəsinin qarşısından keçib.

Nikolaos Kanellos etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Söhbət zamanı Yunanıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb, energetika sahəsində əməkdaşlıq və ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi